Xəbər lenti
 

Milli Aviasiya Akademiyası rektoru Arif Paşayev rəhbərlik etdiyi akademiyanın rəhbər heyətinə əl gəzdirib.
 
Ovqat.com xəbər verir ki, məlumatı Milli Aviasiya Akademiyası yayıb.


 
Məlumata görə, “rektor Arif Paşayevin 22 may 2020-ci il tarixli əmri ilə Rektorun köməkçisi, Rejim və tərbiyə işləri üzrə prorektor Ənvər Həzərxanov, Kadrlar və kargüzarlıq şöbəsinin rəisi Ağaşükür Hüseynov, Mühafizə komandasının rəis müavini Mirnizam Zaidov əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərə görə tutduqları vəzifələrindən azad ediliblər”.


Ana səhifəyə qayıt        Baxış: 5 577          Tarix: 24-05-2020, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma