Xəbər lenti


Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2741 nəfər müalicə olunaraq sağalmış, 51 nəfər vəfat etmiş, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273.411 test aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 997          Tarix: 25-05-2020, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma