Xəbər lenti


 
Dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ-da qiymətlərin ucuzlaşması səbəbindən 200-dən artıq neft sənayesilə məşğul olar şirkət iflas edib. Vəziyyət belə davam edərsə, gələn ilə qədər daha 170 şirkəti eyni tale gözləyir.
 
Ovqat.com xəbər verir ki, Texasdakı Haynes and Boone beynəlxalq hüquq firmasının hesabatında belə deyilir.
 
Hesabata görə, eyni dövrdə ABŞ-ın neft sənayesindəki firmaların ümumi borcu təxminən 130 milyard dollar təşkil edib. Zərərin getdikcə qat-qat artacağı da istisna edilmir.
 
ABŞ-ın Texas əyaləti, cari ilin ilk rübdə 98 şirkətlə ölkədə neft şirkətlərinin ən çox iflas etdiyi bölgə olaraq önə çıxıb. Bunun ardınca iflas etmiş 12 şirkətlə Kolorado, 11 şirkətlə Luiziana, 10 şirkət ilə New York, 6 şirkət ilə Oklahoma və Kaliforniya gəlir.


 
Norveçdə fəaliyyət göstərən müstəqil enerji araşdırma təşkilatı "Rystad Enerji"nin hesabatına görə isə, neft qiymətləri orta hesabla 30 dollar səviyyəsində qalarsa, gələn il ABŞ-da daha 170 şirkət müflis ola bilər.
 
Hesabatda bildirilir ki, ABŞ-da neft və təbii qaz istehsal edən şirkətlərin sayı 9 mindən çoxdur. Əksəriyyəti ailə fərdləri tərəfindən idarə edilən kiçik firmalar neft qiymətlərinə daha çox həssasdırlar. Bu şirkətlərə məxsus neft quyuları bağlanarsa, açılması çox da mümkün görünmür.
 
2014-2016-cı illərdə neftin qiyməti 115 dollardan 30 dollara düşdüyü dövrdə ABŞ-dakı 250-dən çox neft şirkəti iflas etmiş, 300 minə yaxın neftçi iş yerlərini itirmişdi, şirkətlər ümumilikdə 250 milyard dollardan çox zərərə düşmüşdülər.


 
Neftin ucuzlaşmasından ən çox ABŞ-ın zərərə uğraması isə təsadüfi deyil. 
 
İnvestisiya xərcləmələrini məhdudlaşdırmağa başlayan və neft sənayesində bulud texnologiyası ilə süni intellekt kimi yenilikləri tətbiqinə başlayan ABŞ 2018-ci ilin noyabrında hasilatda Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoymuş və dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu. 
 
Bu il də ABŞ neft sənayesi daha ağır vəziyyətlə üz-üzədir. Covid-19 epidemiyası və ucuz neft qiymətləri səbəbindən ABŞ-da gündəlik neft hasilatı son 2,5 ayda rekord səviyyə olan 13,1 milyon bareldən 11.5 milyon barelə qədər (1.6 milyon barel) azalıb. Ötən ay hətta neftin fyuçers qiymətləri 0-ın altına belə düşmüşdü.
 
Houston Universitetinin enerji iqtisadçısı Ed Hirs də  hasilatını dayandıran şirkətlərdən bəzilərinin zərərinin milyardlarla dollar çatacağını təxmin edir.
 
 

ABŞ şirkətlərinin Kovid-19 başlamazdan əvvəl planlaşdırdıqları qazma proqramlarını əhəmiyyətli dərəcədə azaltdıqlarını bildirən Hirs onminlərlə neftçinin artıq iş yerlərini itirdiyini deyib. Halbuki indiyə qədərki heç bir böhranda bu cür hadisə yaşanmamışdı.
 
"Neft yataqlarında işləyən işçilər ilk dəfə iş yerlərini itirdilər. Təxminən, 70 min işçinin iş yerlərini itirdiyi təxmin edilir",-deyən mütəxəssisin bildirdiyinə görə, ABŞ-da neft qazma əməliyyatlarının sayı 9 həftə ərzində ard-arda  425 ədəd azalaraq mayın 15-də 258-ə düşub ki, bu, 2009-cu ilin iyulundan bəri ən aşağı göstəricidir. 


 
Təkcə neft qazma işlərinin sayının azalması səbəbindən ABŞ-ın neft sənayesinin 60 milyard dollardan çox itirdiyini deyən Hirs qiymətlər 30 dollardan aşağı düşərsə neft sənayesində ayda 24 milyard dollardan çox itki gözlənilidiyi qənaətindədir. “Təkcə Texas ştatının iqtisadi ziyanı isə gündə 135 milyon dollardan çoxdur",- deyə ekspert bildirib.


Ana səhifəyə qayıt        Baxış: 3 389          Tarix: 26-05-2020, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma