Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Deputat xalqın təmsilçisi deməkdir. Xalq təmsilçisi kimi onun qarşısında dayanan çox saylı vəzifələrdən biri də öz hərəkət və davranışlarıyla seçicilərinə nümunə olmaqdır.
Üstəlik, söhbət əgər vətəndaşlar üçün hazırlanan icbari tədbirlərdən gedirsə və deputat bunu canü-könüldən dəstəkləyirsə, yeri gələndə qapı-qapı düşüb irəli sürdüyü təklifə ilk növbədə özü əməl etdiyini, bunun həqiqətən də faydalı olduğu göstərməlidir.
Azərbaycanın 125 deputatından biri də Siyavuş Novruzovdur. 20 ildir deputat adı daşıyan Siyavuş müəllim bu gün parlamentdə çıxış edərək deyib: “Maska taxan heç kəs cərimə olunmayacaq. Maska tax, cərimə olunma! Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq".
Təəccüblüdür ki, Siyavuş Novruzov həmin sözləri deyərkən maska taxmamışdı. Halbuki, həmin iclasda Siyavuş Novruzovdan fərqli olaraq, digər deputat yoldaşları, heç olmasa çənələrinə maska taxaraq ən azından koronavirus qadağalarına hörmətlərini nümayiş etdirirdilər. Milli Məclisin dünənki iclasında spiker Sahibə Qafarova isə deputatların israrlı xahişindən sonra maskasını çıxarmışdı.
Odur ki, sual ortaya çıxır: Siyavuş Novruzov özünü insanüstü varlıq hesab edir və millətə rəva gördüyünü özünə yaraşdırmır? Elədirsə, bəs onun gözündə deputat yoldaşları və spiker Sahibə Qafarova kimdir?
Hələ onlar qalsın bir qırağa, koronavirus yenicə ortaya çıxanda Azərbaycanın ən fövqəladə (bu ölkədə əslində bütün nazirlər fövqəlgücdürlər) naziri Kəmaləddin Heydərov da, SOCAR prezidenti Rövnəq Abdullayev də xalqın qarşısına maska ilə çıxmış və əsl nümunə ortaya qoymuşdular. Onların hər biri isə ciblərində neçə deputat gəzdirirlər. Bu hesabla, gərək Siyavuş Novruzov da yatanda belə, maskasını üzündən çıxarmaya.
Deputat isə belə görünür ki, öz toxunulmazlıq hüququnun koronavirus tərəfindən də tanındığına inanır. Olmaya, onun aləmində özü ali, Kəmaləddin Heydərov və Rövnəq Abdullayev isə “qara irq”in nümayəndəsidir?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar