Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu parlamentdə Milli Şuranın iclaslarına münasibət bildirən deputat Siyavuş Novruzov deyib.
O, Milli Şuranın iclaslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunduğunu vurğulayıb.
“Milli sözünü də biabır edən Milli Şura adlı dərnək keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Onlar barəsində tədbirlər görülməlidir.
Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır.
Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür”.
S.Novruzov qeyd edib ki, hər bir deputat məsələyə münasibət bildirməlidir:
“Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik.
Onlar özlərini ifşa etdi”.
Aqşin Kərimov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar