Xəbər lenti

 
İran İnqilab Keşikçiləri komandiri Qasım Süleymanini ABŞ-a satan CIA agenti edam cəzasına məhkum edilib.
 
Ovqat.com xəbər verir ki, İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuata açıqlamasında belə deyib.
 
İsmaili MOSSAD və CIA agenti olmaqda günahlandırdığı həmin satqının yaxın günlərdə edam ediləcəyini bildirib.
 
Keçirdiyi mətbuat konfransında sözçü, agentin adını da açıqlayıb: Mahmud Musəvi-Məcid.
 
İsmailinin bu açıqlaması indiyə qədər ehtimal kimi irəli sürülən “Qasim Süleymaninin yerinin və “hərəkət trayektoriyası”nın İrandakı bəzi qüvvələr tərəfindən ABŞ-a satıla biləcəyi” iddialarını təsdiqləyir. 
 
Qeyd edək ki, vəzifə və rütbə baxımından SEPAH-ın çoxsaylı batalyonlarından birinə rəhbərlik etməsinə baxmayaraq, Qasım Süleymani siyasi nüfuz baxımından İranın dini lider Ayətullah Xamneyidən sonra ikinci şəxsi sayılırdı və xüsusi təhlükəsizlik çənbəriylə əhatə olunurdu. Bu mənada onun yerini və hərəkət güzərgahını da hər adamın bilməsi mümkün deyildi. Odur ki, İran Məhkəmə Sisteminin sözçüsünün adını açıqlayıb, vəzifəsindən bəhs etmədiyi “MOSSAD və CIA agentinin” yüksək hərbi post tutduğu və ya hansısa yüksək rütbəlinin xəbər daşıyanı olduğu güman edilir. Gözlənilir ki, Musəvi asılmamışdan əvvəl İran kəşfiyyatı bu məlumatları da ondan ala bilsin və bəzi məqamları ictimaiyyətlə paylaşsın.
 


Ana səhifəyə qayıt        Baxış: 3 486          Tarix: 11-06-2020, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma