Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
İyunun 18-dən etibarən Bakıdan Naxçıvana uçan aviareyslərin açılması ciddi bilet qıtlığına səbəb olub.
Ovqat.com-a şikayət edən Naxçıvan sakinləri avqusta qədər bilet tapa bilməməkdən gileylidirlər.
3 aydır gəldikləri paytaxtda çətin vəziyyətə düşən naxçıvanlılar aviareyslərin niyə artırılmadığını anlamaqda çətinlik çəkirlər. Onların bildirdiyinə görə, koronavirus məhdudiyyətlərindən əvvəl İran üzərindən də quru yoluyla Muxtar Respublikaya getmək mümkündü. Buna baxmayaraq, hər gün Naxçıvana bir neçə reys işləyirdi. İndisə İran yolu bağlanıb. AZAL isə həftədə 2 dəfə Naxçıvana uçuş həyata keçirəcək. Bu da Muxtar Respublika əhalisinin paytaxta gediş-gəlişində ciddi əngəllər yaradır.
AZAL-ın rəsmi açıqlamasına görə isə, əvvəldən bilet alıb məmləkətinə uça bilməyən vətəndaşlarımız da var və onların uçuş haqqı da yerinə yetiriləcək.
Şirkətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda deyilir:
““Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edib.
AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri iyulun 7-dən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər. Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.
Yeni aviabiletin rəsmiləşdirilməsi üçün “[email protected]” elektron poçtu vasitəsilə və ya (+99412) 493-40-04, (+99412) 493-71-21, (+99412) 598-88-80 telefon nömrələrinə zəng edərək aviaşirkətin Çağrı mərkəzinə müraciət etmək lazımdır.
Xatırladaq ki, iyunun 18-dən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar