Xəbər lenti


İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
 
Ovqat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hər iki tərəfdən itki var.
 
Hazırda döyüşlər davam edir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.

17.27

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 5 738          Tarix: 12-07-2020, 16:20      


Paylaş:   

Ən çox oxunanlar