Xəbər lenti

 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvanı atəşə dərhal son qoymağa, qəbul edilmiş öhdəlikləri nəzərə almaqla təmkinli olmağa çağırıb.
 
Ovqat.com Rusiya XİN-nə istinadən məlumat verir ki,  Lavrov bu gün Azərbaycan və ermənistanlı həmkarları ilə telefon danışığında bu tələbini dilə gətirib.
 
Rusiya XİN-in bu barədə yaydığı press-pelizində bildirilir ki, telefon danışıqlarında Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub: “S. Lavrov tərəfləri atəşi dərhal dayandırmağa, qəbul edilmiş öhdəlikləri, həmçinin ATƏT - in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi Rusiya, ABŞ və Fransa nümayəndələrinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb", 
 
Press-relizdə həmçinin vurğulanıb ki, Rusiya “həm milli maraqları, həm də ATƏT - in Minsk qrupunda həmsədrlik çərçivəsində” Bakı və İrəvanla təmaslarda vasitəçilik missiyasını davam etdirəcək.
 


Məlumatda o da qeyd olunur ki, Rusiya XİN Minsk qrupunun bütün üzvlərini Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətin qiymətləndirilməsində məsuliyyətli yanaşmağa, gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməyə çağırıb. 
 
Məlumatın bu hissəsində adı çəkilməsə belə, daşın Türkiyəyə atıldığı bəllidir.  Çünki ATƏT-in Misk Qrupunun 10 üzvündən yalnız Türkiyə dünən başlayan döyüşlər barədə açıq mövqe ortaya qoyub və Azərbaycanı müdafiə edib. Türkiyənin XİN-nin yaydığı bəyanatda vurğulanıb ki, qardaş ölkə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək. 
 
Rusiyanın bu mövqeyi Ermənistanla sərhəddə dünən başlayan döyüşlərin Kremlin maraqları çərçivəsində baş verdiyini təsdiqləyir. Təəccüblü deyil ki, bunu heç Moskvanın özü də gizlətmir, bu gün yayılan bəyanatda  Rusiyanın “milli maraqları və ATƏT-in Minsk Qrupundakı missiyası” ön plana çıxarılaraq mövqe ortaya qoyulur.


Ana səhifəyə qayıt        Baxış: 6 098          Tarix: 13-07-2020, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma