Xəbər lenti


Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.

Report” xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.  

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib. 



Dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, XİN rəhbəri “Twitter”dəki hesabında Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirildiyi videoçarx paylaşıb.

Mövlud Çavuşoğlu paylaşımda “Can Azərbaycana canımız fəda”, - deyə qeyd edib.





Ana səhifəyə qayıt        Baxış: 6 514          Tarix: 14-07-2020, 06:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma