Xəbər lenti


Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.

“Report” xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub", o bildirib.

“Qafqazinfo”nun məlumatına görə, onunla yanaşı polkovnik İlqar Mirzəyev də qəhrəmancasına şəhid olub
Bu barədə xəbəri jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təsdiqləyib. 



Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev




Ana səhifəyə qayıt        Baxış: 5 217          Tarix: 14-07-2020, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma