Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Budapeştdə Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə böyük aksiya keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Ovqat.com-a verilən məlumata görə, Qəhrəmanlar Meydanında gerçəkləşdirilən aksiya "Qardaşlıq" Macar-Azəri Dostluq Cəmiyyəti, Macarıstan-Azərbaycan Gənclər Birliyi və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan və Türk diasporlarının üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər. Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlər bayraqlarını, ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycanındır!", "Ermənistanın təcavüzünə son!" və sair şüarları tutan aksiya iştirakçıları Tovuz cəbhəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad ediblər. Mitinqdə çıxış edənlər Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunduğunu, xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırı törətdiyini, dövlət sərhədində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğunu bildirərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini işğalşı dövləti cəzalandırmağa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıblar.
Aksiya bəyanatın oxunması ilə başa çatıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar