Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ukrayna Prokurorluğu Minskdə saxlanılan rusiyalı vətəndaşlara qarşı terror aksiyalrında iştirak maddəsi üzrə ittiham irəli sürüb.
Ovqat.com xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bu məlumatı yayıb.
Məlumata görə, şübhəlilərin esktradisiyası ilə əlaqədar Belarusa müraciət göndərilib.
Bildirilir ki, Belarus Respublikasının Baş Prokurorluğuna müraciət 1993-cü ilin mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyaya əsalanır.
“9-u Ukrayna vətəndaşı olan 28 nəfər Ukrayna ərazisində terror aktlarında iştirak etməkdə şübhəli bilinib", - deyə məlumatda bildirilir.
İddia olunur ki, Belarus ərazisində saxlanılanlar "Ukraynanın şərqində silahlı münaqişədə iştirak ediblər". Ukrayna prokurorluğu da məhz bu səbəbdən onları "Donbassda silahlı münaqişədə qanunsuz iştirakla bağlı cinayətlərə görə" məsuliyyətə cəlb etmək niyyətindədirlər.
Bəyanatda ekstradisiya məsələsinin Belarusun səlahiyyətli orqanları tərəfindən həll ediləcəyi bildirilir.
Xatırladaq ki, Belarusun rəsmi media qurumları bu həftə Rusiyanın gizli ordusu “Vaqner”-in 32 əməkdaşının Minskdə saxlanıldığını xəbər vermis, ölkənin Təhlükəsizlik Şurasının baş katibi Andrey Ravkov isə saxlanılanlar arasında Ukrayna əsillilərin də mövcud olduğunu bəyan etmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar