Xəbər lenti

 
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna millətçilərinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın tərəfində döyüşmək üçün səfərbərliyə başlayıb.
 
Ovqat.com xəbər verir ki, bu iddianı iyulun 24-də keçirdiyi brifinqdə tanınmamış “Luqansk Xalq Respublikası”nın (LXR) Xalq milisinin rəsmi nümayəndəsi Yakov Osadçiy irəli sürüb. 
 

(4-cü dəqiqədən sonraya bax)
 
Yakov Osadçiyin məlumatına görə, “millətçi strukturlar” bu işə həm Ukrayna vətəndaşlarını, həm də döyüş təcrübəsinə malik olan Silahlı Qüvvələrin keçmiş və fəaliyyətdə olan hərbi qulluqçularını cəlb edirlər. Səfərbərliyin məqsədi onları Ermənistana qarşı hərbi münaqişədə iştirak etmək üçün Azərbaycan ərazisinə göndərməkdir.
 
“LXR”-nın milis qüüvələrinin sözçüsü iddia edir ki, bu işə Ukrayna Təhlükəsizlik Şurası sədrinin müavini Vladimir Qorbenko rəhbərlik edir. 
 
“Bu, Ukraynanın dövlət səviyyəsində başqa ölkənin işlərinə qarışdığını göstərir. Bundan başqa, biz Xarkovda, Zaporojyedə və Kiyevdə erməni millətindən olan vətəndaşlara qarşı təxribat aksiyalarının hazırlanması barədə də məlumata malikik", - deyə sözçü bildirib.
 
Qeyd edək ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar zamanı bizə ilk ciddi dəstəyi verənlərdən biri də Ukrayna olmuşdu. Döyüşlərin ertəsi gün Ukrayna XİN baş verənlərdən "dərin narahatlıq" olduğunu bəyan edərək vurğulamışdı ki, "Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla həllinə tərəfdardır". Bundan sonra Ukrayna səfirini Ermənistan XİN-ə çağırılmış və sərt nota verilmişdi. Ardından erməni millətçiləri Yerevandakı Ukrayna səfirliyini “borş yağmuruna” tutmuşdular. Yəni Ukrayna milli yeməyini boşqablara doldurub səfirlik binasına atmışdılar. 
 
Görünür, Yakov Osadçiy də rəsmi Kiyevin bu ədalətli mövqeyi üzərində özünün fantaziyasını işə salıb müxtəlif əfsanələr uydurur. O da mümkündür ki, Ukrayna həqiqətən də ümumi düşmənimiz olan və Tovuz döyüşlərinin arxasında dayanan imperialist qüvvələrə qarşı birgə mübarizə aparmağı daha məqsədəuyğun hesab etsin.


Ana səhifəyə qayıt        Baxış: 7 243          Tarix: 27-07-2020, 06:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma