Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycandan Türkiyənin Aralıq dənizindəki fəaliyyətinə dəstək
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətini birmənalı dəstəklədiklərini bildirib.
Ovqat.com Türkiyənin “Anadolu Agentliyi” Hikmət Hacıyevin Azərbaycan mediasına verdiyi açıqlamanı səhifəsinə daşıyıb.
Xəbərdə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətini birmənalı dəstəklədiklərini bildirib. “Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını qoruyur”, - deyə o, qeyd edib.
Agentlik bildirir ki, Hacıyev yerli KİV-ə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətilə bağlı bəyanatına da münasibət bildirib. O, deyib ki, Yerevan bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaqdansa, “cəfəng açıqlamalar” verir. H.Hacıyev hesab edir ki, Ermənistanın niyyəti işğalçı siyasətini gizlətmək, digər ölkələrə qarşı yalan, saxta ittihamlar irəli sürməkdir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır hərbi işğal altında saxlayan Ermənistanın dövlət gerbində hələ də Ağrı dağının əks olunduğunu xatırladan Hacıyev deyib ki, Yerevanın sözügedən bəyanatı həm gülüncdür, həm də başqasının işinə müdaxilə cəhdidir: “Hər kəs yerini bilməli, əndazəni aşmamalıdır! Diplomatiya ciddi sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Belə bəyanatla Ermənistan hər şeydən əvvəl özünü gözdən salır. Əminəm ki, Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən ümumiyyətlə xəbəri yoxdur və onun bu bəyanatla çıxış etməsinin yeganə səbəbi mövzunun Türkiyə olmasıdır”.
Hacıyev Ermənistan rəsmilərinin Sevr müqaviləsilə bağlı bəyanatlarına da toxunub. Onun fikrincə, bu, ermənilərin hələ də keçmişin girovu olduğunu, əsassız nifrəti kənara qoymaq, qonşularla sülh şəraitində yaşamaq iqtidarında olmadığını göstərir.
Türkiyə ilə Azərbaycanın yaxşı gündə də, ağır gündə də bir-birini dəstəklədiyini vurğulayan Hikmət Hacıyev deyib: “Azərbaycan Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətini birmənalı dəstəkləyir. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını qoruyur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar