Xəbər lenti
 

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, siyasi "tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılacaq.

 Ovqat.com  "BakuPost”a istinadən xəbər verir ki, o, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə özünü bağışlatdırmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

Keçmiş rektor da deputat Siyavuş Novruzov kimi Ramiz Mehdiyevi günahlandırıb. Bildirib ki, Mehdiyev ona zəng edib toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. O məhz buna görə də, o, toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib.

 Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.
 



Ana səhifəyə qayıt        Baxış: 4 201          Tarix: 25-08-2020, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma