Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
“Mətbuat orqanlarında yazırlar ki, sabiq Baş prokuror Eldar Həsənov bir zamanlar Əli Ömərova qarşı hadisələr törədib. Guya Cavadovları öyrədən, təlimatlandıran Eldar Həsənov olub. Mən bununla bağlı bildirirəm ki, həmin hadisələrin üstündən 25-26 il keçib. İndi həmin illərə qayıtmaq istəmirəm. Həm də yıxılana balta vurmazlar və bu, mənim xarakterimə xas deyil”.
Ovqat.com xəbər verir ki, sabiq Respublika prokuroru Əli Ömərov keçmiş xələfi Eldar Həsənovun həbsinə münasibət bildirərkən belə deyib.
O ki qaldı Cavadovlara, onların başına gələnləri “İlahi ədalətin təcəlləsi” sayan Əli Ömərov deyib: “İlahi ədalət onların cəzasını verdi”.
Əməkdaşımızın “Ədalət partiyasının sədri İlyas İsmayılovun dediyinə görə, Eldar Həsənov bir sıra ciddi xəstəlikdən əziyyət çəkir. Siz Baş prokuror kreslosunda əyləşsəydiniz, bu cür ağır xəstəni istintaq təcridxanasında saxlayardınızmı” sualına Əli Ömərovun cavabı diqqətəşayan olub:
“Mən də eşitmişəm ki, Eldar Həsənovun 5-6 ciddi xəstəliyi var. O cümlədən ağ qanı qırmızı qanını yeyir. Ürək xəstəliklərindən də əziyyət çəkir. Soruşursunuz ki, bu vəziyyətdə olan adamı zaminə buraxmaq olarmı? Mən bu suala hüquqşünas kimi cavab vermək istəyirəm. Qanuna əsasən, əgər onda həqiqətən də bu cür xəstəliklər varsa və bunlar həkim sənədləriylə təsdiqlənirsə, həm də yaşını nəzərə alaraq, istintaq orqanı onun barəsində başqa qətimkan tədbiri seçə bilər. Yəni həbs qətimkan tədbiri zaminliklə, ev dustaqlığı və ya başqa yerə getməmək haqqında iltizamla əvəz oluna bilər. Bu, istintaq orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”.
Əli Ömərov onu da bildirib ki, Eldar Həsənovun həbs qətimkan tədbirinin dəyişdirilməsi daha ədalətli olar: “Çünki bizim qanunların mahiyyətində humanizm prinsipi var. Bu prinsip xəstə və yaşlı insanlara mümkün qədər mötədil yanaşmağı tövsiyyə edir”.
Eldar Həsənovun keşmiş Baş Prokuror, dövlət xadimi, professor və s. ictimai statuslar daşıdığını xatırladan Əli Ömərov onun istintaqdan yayınmasının qeyri-mümkünlüyünə inanır və bu amillərin nəzərə alınmasını tövsiyyə edir: “Cinayətdə ittiham olunan şəxsləri ona görə müvəqqəti istintaq təcridxanasında saxlayırlar ki, onların istintaqdan yayınma ehtimalı olsun. Eldar Həsənovun bu addımı atmaq ehtimalı yoxdur. Bu, nə onun ictimai statusuna yaraşar, nə də ona zamin duran insanlara qarşı belə bir səhvə yol verər. Düşünürəm ki, mötəbər insanların zəmanətilə onun barəsində qətimkan tədbiri dəyişdirilə bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar