Xəbər lenti


 
Национальная оборона” Milli Müdafiə jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko öz Tvitter səhifəsindəki paylaşımında Azərbaycan ordusu qarşısında lərzəyə gəlib Putinin ətəyindən yapışan Nikol Paşinyanı “ikiüzlülükdə” gühanlandırıb .
 
Ovqat.com xəbər verir ki, “erməni siyasətinin qəribəliklərini” anlamaqda çətinlik çəkən Korotçenko yazıb:
 
"Paşinyan Rusiya telekanallarının canlı yayım şəbəkəsini bağlayır, rusiyapərəst qüvvələri hakimiyyətdən təmizləyir, Soros adamlarını əsas mövqelərə yerləşdirir, sonra isə Kremlə zəng edib yalvarır: "Putin, mənə kömək et!"”.


 
Maraqlıdır ki, Paşinyanın erməni xislətini anlaya bilməyən təkcə Korotçenko da deyil. İyul hadisələri zamanı RT-nin baş redaktoru milliyyətcə erməni olan Marqarita Simonyan da Rusiya rəhbərliyini Azərbaycanla bağlı mövqeyini müəyyənləşdirməyə çağıran erməniləri kəskin tənqid atəşinə tutmuşdu. Simonyan soydaşlarına hələ də İrəvanın Krımı tanımadıqlarını xatırladaraq bildirmişdi: "İndi sizin sərhədinizdə müharibə gedir, rejiminizin mövcudluğu təhlükə altındadır, qarşınızda bütün dünya ermənilərinin əcdadlarının ruhlarını əyri bıçaqla kəsən yeniçəriləri görəndə xatırladınız ki, Rusiya yenidən sizi xilas etməlidir".
 
Xatırladaq ki, dünən Paşinyan Putinə və Makrona Dağlıq Qarabağda münaqişənin qızışması ilə bağlı zəng etmişdi. Rusiya prezidenti isə Paşinyana bildirmiş ki, Kreml baş verənlərdən narahatdır və amma silahlı toqquşmanı yalnız diplomatik yolla dayandırmağa çalışacaq. Görünür, İqor Korotçenkonu çaş-baş salan da elə bu yalvarış olub.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 639          Tarix: 28-09-2020, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma