Xəbər lenti

 

Rusiyada bunu dəqiq bilirlər ki, Qaregin Njde nasistlərlə əlbir olub, bununla əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyanın Njdenin nasist hərəkatı ilə əlaqəli olmaması fikirləri təəssüf doğurur.

Bu fikirləri “Vestnik Kavkaza” açıqlamasında “Milli müdafiə” jurnalının baş direktoru İqor Korotçenko deyib.

Xatırladaq ki, Aşqabadda keçirilən MDB Dövlət Başçılarının sammitində tarixin yenidən nəzərdən keçirmək və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinin yolverilməzliyi barədə birgə müraciətin imzalanması ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev xatırladıb ki, Ermənistan nasistlərlə əlbir olan Qaregin Njdeni qəhrəmanlaşdırmaqda davam edir.

Daha sonra çıxış edən Nikol Paşinyan İlham Əliyevi erməni xalqına hörmətsizlikdə, məlum tarixi faktları və rəsmi sənədləri Azərbaycan prezidentinin şəxsi rəyi kimi təqdimatda günahlandırmağa cəhd edib.

“Paşinyanın Njde ilə bağlı bəyanatı – Sovet İttifaqına qarşı vuruşan və müharibə cinayətkarı kimi təsnif edilən keçmiş Milli Sosialist Alman Fəhlə Partiyasının hərbi qüvvələrini müdafiə siyasətini yürüdən Batikyanı ölkələrin siyasətidir.

Mən cənab Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edərdim.

Orada, xüsusən də Rusiya xüsusi xidmət orqanlarının Qaregin Njde ilə əlaqəli rəsmi nöqteyi-nəzəri göstərilir”, - İqor Korotçenko Nikol Paşinyana təhsilindəki boşluğu doldurmağı təklif edib.

“Ensiklopediyanın altıncı cildində “Müharibənin son dövründəki hərbi əks-kəşfiyyatın fəaliyyətləri” adlı məqalə “Casuslara ölüm” əks-kəşfiyyatından bəhs edir. Burada deyilir:

“114 (Dromedar) qrupuna qarşı aparılan kəşfiyyat işlər çərçivəsində əks-kəşfiyyatçılar faşistlər arasında Njde ləqəbi ilə tanınan daşnak ordusunun sabiq generalı, immiqrant Ter-Arutyunyanı həbs edib.

Böyük Vətən Müharibəsi illərində Bolqarıstanda 30-dan çox erməni millətinin agentini toplayıb, onların təxribatçı təlimlərində və casusların təxribatçı fəaliyyət üçün Qırmızı Ordunun arxa cəbhəsinə keçməsində iştirak edib.

“Casuslara ölüm” qrupunun əməkdaşları təxribatçı terror aktlarının törədilməsinin qarşısını almaqla 17 diversantı saxlayıb, digərlərini isə axtarışa verib”, - hərbi ekspert əlavə edib.

“Baxdığımız məsələdə Njdenin nasist Almaniyasının xüsusi xidmət orqanlarına nə qədər təxribatçı və terrorçu cəlb etməsi məsələsinin əhəmiyyəti yoxdur. Vacib olan başqa şeydir – müasir Rusiyada dəqiq bilirlər ki, Njde nasistlərin gizli casusu olub, yalnız kəşfiyyat və gizli işlər üçün deyil, xüsusən də Sovet ordusunun arxa cəbhəsində və SSRİ ərazisində təxribat və terror aktları törətmək üçün agentlər toplayıb. Buna görə də Njde nasistlərlə əlbir olan cinayətkardır”, - İqor Korotçenko diqqətə çatdırıb.

“Ermənistanın hazırkı liderinin onu ört-basdır etməsi təəssüf doğurur və Paşinyanın tarixi biliklərinin yaxşı olub-olmaması sualını yaradır. Qoy, bu, 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasında fundamental rəsmi nəşrdə dərc olunan materialları, o cümlədən, Qaregin Njde haqqında oxusun!” – “Milli müdafiə” jurnalının baş redaktoru bildirib. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 486          Tarix: 11-10-2019, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma