Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Azərbaycan Ermənistan ordusuna məxsus radioelektron müdafiə (REM) sistemini məhv edib.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Avia.pro portalı yayıb.
Portalın məlumata görə, Rusiyanın qabaqcıl texnologiyaları əsasında hazırlanmış "Repellent" REM sistemi dron hücumu nəticəsində aradan qaldırılıb. Maraqlıdır ki, dronlara qarşı mübarizə aparmaq üçün hazırlanmış REM sistemi ona hücum edən vasitəni aşkarlaya və zərərsizləşdirə bilməyib. Bir sözlə, Azərbaycan hərbçiləri Rusiyanın ən müasir REM sistemi kimi təqdim olunan "Repellent" aparatını özünün “ovu”yla sıradan çıxararaq, əslində həm də rus hərbi sənayesinin nüfuzunu “beşqəpiklik” edib.
Məlumatda həmin REM-in harada vurulduğuna dair informasiya verilmir. Amma bir neçə ay əvvəl media qurumlarında yayılan xəbərlər bu barədə bəzi ipucları ehtiva edir. Belə ki, bu ilin yanvar ayında Ermənistan ordusunun Rusiyadan kiçik ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzrədə tutulan “Repellent-1” radioelektron mübarizə kompleksləri aldığı və onları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirdiyi bildirilirdi.
Məlumata görə, “Repellent-1” stansiyası Ağdərə rayonu ərazisində qurulmuşdu.
“Repellent-1” stansiyası kiçik ölçülü PUA-ların radiorabitə kanallarının radiomaneələrin tətbiqi ilə boğulması və idarəetmənin ələ keçirilməklə zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.
Ermənistan həmin stansiyaları 2017-ci ildə sifariş vermişdi.
Son günlər hərbi əməliyyatların əsasən Ağdərə ətrafında yoğunlaşması vurulan REM sisteminin də məhz həmin aparat ola biləcəyindən xəbər verir.
Azərbaycan hərbi qüvvələrinin sözügedən REM-i sıradan çıxarması Ağdərədə dron uçuş və əməliyyatlarının daha rahat həyata keçirilməsinə şərait yaradacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar