Xəbər lenti


Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu, dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin uydurmasıdır. Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”, - deyə polkovnik V.Dərgahlı qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 3 528          Tarix: 14-07-2020, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma