Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dünən xəbər verdiyimiz kimi, “DQR”-nın “prezidenti” Arayik Harutyunyan bir neçə gün bundan əvvəl Moskvaya gizli səfər etmişdi. Səfərin məqsədinin Kəlbəcərin boşaldılması ilə əlaqədar olduğu düşünülsə də, sən demə, “DQR” liderinin dərdi başqa imiş. Onu “DQR” yox, öz kreslosu maraqlandırırmış.
Ovqat.com-un məlumatına görə, faktı erməni mediası üzə çıxarıb.
Harutyunyanın Vnukovo hava limanındakı xüsusi təyyarə terminalında çəkilən fotosunu paylaşan Mediaport Telegram səhifəsi yazır:
“Foto dünən sübh çağı Moskvanın Vnukovo hava limanındakı xüsusi təyyarə terminalı. Fotoşəkildə Arayik Harutyunyanın yanında, DQR-nin Rusiyadakı Daimi Nümayəndəsi Albert Andryan və xəbər verdiyimiz kimi özü ilə birlikdə Ermənistana qayıdan KTMT Baş qərargah rəisinin köməkçisi Haykaz Bagmanyan”.
Mediaport qeyd edib ki, dünən “DQR”-nın “prezidenti” Arayik Arutyunyanın Rusiyaya gizli səfəri vəzifəsi ilə əlaqədar olub: “Məsələ burasındadır ki, Anna Akopyanın (Paşinyanın arvadı) lobbiçiliyi ilə Nikol Paşinyan “Artsaxın prezidentliyini” Samvel Babayana təhvil vermək qərarına gəlib.
Anna Akopyanın lobbiçiliyə gəlincə, Mediaport”un iddiasına görə, Anna Akopyan müharibə zamanı Dağlıq Qarabağa tez-tez səfər etdiyi sıralarda qondarma qurumun Nazirlər Kabinetinin sədrinin (rəsmi mənbələrdə Təhlükəsizlik Şurasının sədri kimi göstərilir) arvadı ilə tanış olub və onlar yaxın rəfiqəyə çevriliblər. Anna da “DQR”-nın rəhbəri vəzifəsinə Samvel Babayanı daha uyğun görüb.
Beləcə, Harutyunyan kreslosunun laxladığını hiss edincə, nəfəsini Xankəndində alıb, Moskvada buraxıb. Di gəl ki, bu ümidi də boşa çıxana bənzəyir. Zira onun 25 noyabr tarixinə qədər Moskvada qalmağı planlaşdırdığı bildirilir. O isə gizli səfəri ifşa olunar-olunmaz geri qayıtmağa məcbur olub.
Harutyunyan ifşa olunmasına baxmayaraq, İrəvana yenə gizli və özəl təyyarə ilə qayıtmağa üstünlük verib. Onun bu məqsədlə özəl “Cessna 525 Citation” təyyarəsinə 25 min avro ödədiyi xəbər verilir.
Bundan əlavə, “Harutyunyanın Moskvaya səfəri faktını gizlətmək üçün onun mətbuat xidməti Laçında keçirilən köhnə görüşlə bağlı bir press-reliz də yaydı və bu müddət ərzində telefon zənglərinə cavab vermədi”-deyə “Mediaport” Telegram kanalı yazır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar