Xəbər lenti

 
“DQR”-in “xortlamış” lideri Arayik Arutyunyanın adından yeni bir bəyanat yayılıb.
 
Ovqat.com xəbər verir ki, Arayik Arutyunyanın adından yayılan bəyanatda müharibənin ilk günündən qondarma “respublika”nın xeyli yüksək və aşağı səviyyəli rəsmilərinin Dağlıq Qarabağdan qaçdığı etiraf olunur.
 
Arayik onları “vətəni” darda qoyub qaçmaqda ittiham edir və tez bir zamanda geri dönməsələr işdən çıxarıla biləcəkləriylə hədələyir. 
 
"Eyni zamanda, məsuliyyətsiz hərəkətlərinin şiddətini başa düşən və vətəndaşlıq borcunu yerinə yetirmək üçün nəcib bir niyyətlə Vətənə qayıdacaq hər kəsə daha bir fürsət verməyə hazır olduğumu bildirirəm",-bəyanatda belə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 5 977          Tarix: 3-11-2020, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma