Xəbər lenti
 

Dünən Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində deputatlarla görüşü zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili İvette Tonoyanın Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı sualına cavab verməyib. Məlumata görə, deputat ondan Kərkinin (Ararat bölgəsindəki Tiqranaşen kəndinin) təhlükədə olub-olmadığı soruşubmuş.
 
Ovqat.com xəbər verir ki, Paşinyanın bu susqunluğu Ermənistanda birmənalı qarşılanmayıb.
 
Xüsusilə Kərki kəndində işğaldan sonra məskunlaşan erməni sakinləri xeyli narahat olublar. Sakinlər onsuz da kəndlərinin yaxın zamanlarda azərbaycanlıların nəzarətinə keçməyə hazırlandığını düşünürlər. Paşinyanın susqunluğu isə onların keyfinə tamamən soğan doğrayıb.
 
Erməni sosial şəbəkələrində yayılan məlumatlara görə, 13 noyabrdan etibarən Kərki yaxınlığında Rusiya FTX-nin yeni postu və yoxlama məntəqəsi qurulub. Sakinlər bunun səbəbini anlamaqda çətinlik çəkir və kəndin sovet dövründə Azərbaycanın anklavı olduğunu  nəzərə alıb geri qaytarılacağını düşünürlər. Onların fikrincə, əgər bu kəndlə bağlı heç bir razılaşma yoxdursa, onda niyə Nikol Paşinyan suallara açıq şəkildə cavab vermir və şübhələri aradan qaldırmır? 
 
Erməni ekspertləri bildirirlər ki, Kərki kəndi yenidən Azərbaycanın nəzarəti altına keçərsə, İrəvan-Sünik yolu tamamilə itiriləcək. Çünki İrəvan-Qafan-Meqri-İran yolu Kərkidən keçir.
 
Üstəlik, dekabrda aparılan sərhədlərin demarkasiyası nəticəsində Gorus-Qafan-Mehri yolu da qismən Azərbaycanın nəzarətinə keçmişdir. Beləliklə, Kərki kəndi də işğaldan azad olunarsa, Ermənistanın əsas nəqliyyat mərkəzlərinin taleyi Azərbaycandan asılı vəziyyətə düşəcək.


Ana səhifəyə qayıt        Baxış: 6 073          Tarix: 22-01-2021, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma