Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sabah Moskvada gözlənilən görüşü ərəfəsində Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının şeflərinin də görüşləri intensivləşib.
Ovqat.com-un erməni media qurumlarına istinadən verdiyi məlumata görə, ötən gün Naxçıvanın Sədərək rayonu Kərki kəndi yaxınlığında neytral zonada erməni həmkarı Armen Abazyanla görüşən DTX rəisi, general polkovnik Əli Nağıyev bu gün də Qubadlı rayonuna səfər edib.
General-polkovnikin səfər çərçivəsində növbəti dəfə Armen Abazyanla görüşdüyü xəbər verirlir. Görüş Zəngəzur vilayəti ilə sərhəddə yerləşən Vorotan və Şurnux kəndlərinə bitişik ərazidə baş tutub.
Ermənistan Milli Təhlükəsizlik Servisi görüşdə əsirlərin mübadiləsi müzakirə edildiyini iddia etsə də, erməni ictimaiyyəti buna inanmır. Onların fikrincə, müzakirə mövzusu əsir mübadiləsi olsaydı, bunu “mübahisəli” ərazilərdə aparmazdılar. Mümkündür ki, təhlükəsizlik şefləri görüşdə sərhədlərin demarkasiyası problemlərini masaya yatırır, nəticədə qəsb olunmuş Azərbaycan torpaqları geri qaytarılır və indiyədək həmin ərazilərdə yaşayan erməni sakinlərin bundan sonrakı aqibətləri müəyyənləşdirilir. Sözsüz ki, müzakirə mövzuları arasında erməni terrorçularının Azərbaycana basqınlarının qarşısı alınması da mühüm yer tutur.
Erməni mediasında irəli sürülən təxminlərə görə, baş çekistlərin bundan sonrakı görüşləri Tovuz rayonu ərazisində baş tuta bilər. Xatırladaq ki, Tovuzda da 7 kəndimiz erməni işğalı altındadır və 9 noyabr bəyannaməsinə görə, bu ərazilər də Azərbaycana qaytarılmalıdır.
Ermənistan Təhlükəsizlik Servisi isə daş atıb başını tutur ki, ərazilərin geri qaytarılması onların vəzifələrinə daxil deyil və müzakirələr sırf təhlükəsizlik məsələləri çərçivəsində aparılır.
Ekspertlər liderlərin ikinci Moskva görüşü ərəfəsində intensivləşən bu təmasları təsadüfi saymırlar. Fərziyyələrə görə, sabah baş tutacaq II Moskva görüşündə atəşkəs elanından etibarən tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin nə dərəcədə yerinə yetirildiyi müzakirə olunacaq. Ermənistan tərəfi isə hələ də Azərbaycan sərhədlərindən tam çəkilməyib və vaxtaşırı diversiya əməliyyatlarına əl atırlar. Bu da 9 noyabr Bəyanatına kölgə salır. Görünən budur ki, sabahkı görüşdə Paşinyan əməlli-başlı danlanacaq və ondan öhdəlik borclarına əməl etmək tələb olunacaq.
Təhlükəsizlik şeflərinin görüşündə Moskva toplantısı ərəfəsində gözlənilən təxribat hücumlarının qarşısının alınması üçün informasiya mübadiləsinin həyata keçirilməsi də mümkündür.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın təhlükəsizlik şeflərinin ilk görüşü dekabrın 30-da Moskvada keçirilmişdi. Görüşdə mümkün təxribat hücumlarının qarşısının alınması üçün qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunmuşdu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar