Xəbər lenti

 
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Cozef Baydenin ilk telefon danışığı olub. 
 
Ovqat.com Kremlin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçıları bir sıra aktual mövzuları müzakirə ediblər.
 
Söhbət zamanı Vladimir Putin Moskva ilə Vaşinqton arasındakı münasibətlərin normallaşmasının hər iki ölkənin maraqlarına cavab verəcəyinə inandığını bildirib. Onun fikrincə, bu, dünyada təhlükəsizliyin və sabitliyin qorunması üçün də vacibdir.
 
Məlumata görə, yaxın günlərdə Rusiya və ABŞ START-3 Müqaviləsinin uzadılmasına dair razılığa gəlmək üçün bütün lazımi prosedurları tamamlayacaqlar.
 
Putin və Bayden koronavirus pandemiyasına qarşı mübarizəni də müzakirə ediblər.
 
Dövlət başçıları söhbətdə ABŞ-ın Açıq Səma Müqaviləsindən birtərəfli çıxmasına və Ukraynanın daxili nizamlanmasına toxunublar. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
 
Kreml qeyd edir ki, Vladimir Putinlə Cozef Bayden arasındakı söhbət işgüzar və səmimi oldu. Liderlər əlaqə saxlamağa razı oldular.
 
Ağ evin bildirdiyinə görə, zəng Bayden tərəfindən edilib. O, günortadan sonra Putinə zəng edib.


Ana səhifəyə qayıt        Baxış: 4 817          Tarix: 26-01-2021, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma