Xəbər lenti

 
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
 
Ovqat.com-un məlumatına görə, mətndə deyilir:
 
"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.
 
Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.
 
Allah rəhmət eləsin!"
 
Qeyd edək ki, bu gün baş verən qəzada 14 hərbçimiz dünyasını dəyişib. Qəzada həyatını itirən hərbçilərin siyahısı:
 
Polkovnik Füzuli Cavadov
 
Polkovnik-leytenant Emil Nəzirov
 
Mayor Elmir Həsənov
 
Mayor Emil Mayılov
 
Mayor Elbrus Əhmədov
 
Mayor Murad Məmmədov
 
Kapitan Cavid Bayramlı
 
Kapitan Xəyyam Əliyev
 
Baş leytenant Abdulla Süleymanov
 
Mayor Emil Əliyev
 
Leytenant Dərya Məclunov
 
İşçi Nəbiyev
 
Kapitan Ceyhun Əhmədxanov
 
Baş leytenant Fərid Nağıyev.
 
Allah rəhmət eləsin!


Ana səhifəyə qayıt        Baxış: 5 985          Tarix: 30-11-2021, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma