Xəbər lenti
 

İranda bir qadın prezidentliyə namizəd kimi qeydə alınıb.
Ovqat.com xəbər verir ki, bu, İslam elmləri üzrə araşdırmaçı Əzəm Taliqanidir.
Əzəm Taliqani İran İslam inqilabının rəhbərlərindən mərhum Ayətullah Mahmud Taliqaninin qızıdır.

 
Şəkildə: Mahmud Taliqani

Ayətullah Mahmud Taliqani İranda "İslam İnqilabı"nın qələbəsindən bir neçə ay sonra müəmmalı şəkildə dünyasını dəyişib. O, İranda hicabın qadınlara zorla qəbul etdirilməsinə, ölkədə prezident ola-ola dini lider postunun yaradılmasına qarşı çıxırdı.



Ana səhifəyə qayıt        Baxış: 1 447          Tarix: 14-04-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma