Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad aprelin 12-də Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.
Əhmədinejadın bir neçə ay əvvəl, İranın dini lideri Əli Xamneyiyə, növbəti seçkilərə qatılmayacağı ilə bağlı verdiyi sözə baxmayaraq namizədliyini irəli sürməsi, hamı üçün gözlənilməz olub.
Əhmədinejadı İran Daxili İşlər Nazirliyinə gedərkən onun komandasından olan iki yaxın adamı, İsfəndiyar Rəhim Məşayi və Həmid Bəqayi müşayiət edib. Əhmədinejaddan başqa, Həmid Bəqayinin də namizədliyi qeydiyyata alınıb. Daha sonra üçlükdə şəkil çəkdirən Əhmədinejad və adamları, əllərini qaldıraraq “Yaşasın bahar” və “Yaşasın İran” şüarlarını veriblər. Əhmədinejad, jurnalistlərdən birinin ona verdiyi “Siz seçkilərə qatılmaq üçün ölkənin dini lideri ilə məşvərət eləmisiz, yoxsa ki, şərait və vəziyyət dəyişib və siz əvvəlki fikrinizdən dönübsünüz” sualının cavabında susaraq sadəcə olaraq gülümsəyib.
Prezidentliyə namizədlərin qeydiyyata alınmasına aprelin 11-də start verilib. Qeydiyyata alma aprelin 16-dək davam edəcək. Yayılan məlumatlara əsasən, ilk gündə 126 nəfərin namizədliyi qeydiyyata alınıb. Namizədlər haqda bütün məlumatlar yoxlandıqdan sonra yekun siyası nəticə, İran Daxili İşlər Nazirliyi tərəfindən aprelin 26-sı və 27-də elan ediləcək.
Xatırladaq ki, Əli Xamneyi 2016-cı il, sentyabrın 26-da tələbələrinə keçdiyi “xaric-fiqh” dərsində Əhmədinejadın növbəti prezidentliyə yenidən namizədliyini irəli sürməsinə müxalif olduğunu təsdiqləyib: “Məsələ ilə əlaqədar ağalardan birisi (Əhmədinejad) yanıma gəlmişdi. Mən isə bəzi mülahizələrə görə ona dedim ki, yaxşısı budur ki, siz filan məsələyə (prezident seçkilərinə) qatılmayasınız. Çünki bu həm sizin, həm də ölkənin məsləhət və xeyrinədir. Mən ona əmr etmədim və demədim ki, namizədliyinizi irəli sürə bilməzsiniz. Sadəcə olaraq dedim ki, mən bunu məsləhət görmürəm. Ona bildirdim ki, ölkənin indiki həssas durumunda sizin namizədliyinizi irəli sürməyiniz, həm sizin, həm də ölkənin ziyanınadır. Çünki bu addım, ölkədə ikiqütblülük yaranmasına gətirib çıxarar. Bu isə ölkəyə ziyandır. Bəli, mən ona belə bir məsləhət verdim”.
Mahmud Əhmədinejad 3 avqust 2005-ci ildən, 3 avqust 2013-cü ilə dək 8 il müddətinə prezident vəzifəsində çalışıb.
İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar