Xəbər lenti
 
İranın indiki prezidenti Həsən Ruhani növbəti seçkidə də namizəd kimi iştirak edəcək.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, bu gün İran Mərkəzi Seçki Komissiyası Ruhanini namizəd kimi qeydə alıb.
Qeyd edək ki, Ruhani ötən seçkilərdə islahatçılar qanadını təmsil edirdi.

İranın növbəti prezidentliyinə ən iddialı namizədlərdən olan Həsən Ruhani kimdir?

Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailə
də anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək, 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb. 1999-cu ildə elmlər namizədi olub.

Gənc yaşlarından Ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayıb. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub, ona ictimai yerlərdə çıxış etmək qadağan edilib. 1977-ci ilin noyabrında Mustafa Xomeyninin anım tədbirində ilk dəfə Ayətullah Xomeyninin ünvanına "İmam" sözünü işlədib. Buna görə təqiblərə məruz qalacağına görə Ayətullah Məhəmməd Behiştinin məsləhəti ilə ölkəni tərk edərək Parisə köçüb.

1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilib. 20 il (1980-2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edib. İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələr icra edib. Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

İranın ali rəhbəri ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilib və 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. Həmçinin sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.
Məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995-1999-cu illərdə Tehran Universitetinin hamilər şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışıb, araşdırmaçı-professor adı alıb, fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.

İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində "Diplomatiyanın şeyxi" adını alıb.

2013-cü ildə İran İslam Respublikasının prezidenti seçilib.



Ana səhifəyə qayıt        Baxış: 1 244          Tarix: 14-04-2017, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma