"Kürd xalqı 2003-ci ildən sonra əsrlərlə əldə edə bilmədiyi siyasi hüquqlar qazandı. Amma referendum baş tutarsa, onlar bütün qazandıqlarını itirəcəklər”.
Ovqat.com xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir İraq Nazirlər Kabinetinin kürd muxtariyyətilə bağlı qərarını şərh edərkən deyib:
"Nazirlər Kabineti Kürdüstan referendumunun qanuni olmadığını təkrarladı. Təktərəfli məcburi və güc tətbiq etməklə qərar qəbul oluna bilməz. Referendum Şimali İraq kürd muxtariyyəti qanunlarına da ziddir. Kürd liderlərini dialoq üçün Bağdada dəvət edirəm”.
İbadi keçiriləcək referendumun nəticələrini tanımayacaqlarını da gizlətməyib:
“Bizi yeni fitnəyə çəkəcək və hər kəsin zərərli çıxacağı addımlara qarşı regional rəhbərliyi xəbərdar edirəm. Kürd qardaşlarımızın ümidinə hörmətlə yanaşıram, ancaq ölkənin bölünməsinə əsla icazə verməyəcəyik. Kürd xalqını bu referendumu boykot etməyə çağırıram, çünki bu, əsla faydalarına olmayacaq”.
Ovqat.com
Paylaş: