İranda türk dünyasının Güney Azərbaycandan olan görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə olunan hörmətsizlik Azərbaycanda çox kəskin etirazla qarşılanmaqdadır.
Bununla bağlı acıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP ) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, böyük ustata qarşı olunan hörmətsiliyin birbaşa başında İran molla rejiminin məsul şəxsləri durur:
"Fars-molla rejiminin Azərbaycan türklərinə və onların görkəmli şəxsiyyətlərinə qarşı bu cür iyrənc münasibəti ilk hadisə deyil. Bu, bilərəkdən rəsmi şəxslərin apardığı siyasətdir. Bunun kökündə, qeyd etdiyim kimi, birbaşa türklərə olan nifrət durur. Mollaların rəsmi qəzetlərində, televiziyalarında bu cür tərbiyəsizlik etdirdiklərinin dəfələrlə şahidi olmuşuq. Onlar bundan çəkinmirlər. Molla rejiminin nümayəndələri çox yaxşı bilir ki, ustad Şəhriyara 50 milyonluq bir xalqın böyük sevgisi var və o həm də Güzey Azərbaycanın sevdyi və böyük bir hörmət bəslədiyi şəxsiyyətdir. O bizim xalqın mübariz oğludur. Təbii ki, baş vermiş hadisə ilə bağlı təcili olaraq Azərbaycanda fəaliyyət göstərən İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ictimaiyyətə açıqlama verməlidir. Bunun necə baş verməsinə aydınlıq gətirməlidir. Səfirlik bilməlidir ki, bu hadisə xalqımızın çox böyük qəzəbinə səbəb olub və bu cinayəti törədənlər dərhal öz layiqli cəzasını almalıdır! Məsuliyyətə cəlb edilməlidir! Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür! Azərbaycan bütün şəhərlərində ustad şair sevgi və sayğı ilə anılır”.
Paylaş: