Xəbər lenti

 

ABŞ məhkəməsində etirafçılığı Rza Zarraba baha başa gəlib.

Ovqat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Prokurorluğu casusluqda günahlandırdığı Zarrab və yaxınlarının bütün mülkiyyətinin müsadirəsi barədə qərar qəbul edib.

Prokurorluq Zarraba qarşı casusluq maddəsilə cinayət işi açıb.

Zarrabın Türkiyədəki bilinən mülklərinin dəyəri 300 milyon dollardan yuxarıdır. Bunlar arasında 12 milyon dollarlıq “Challenger 300” tipli xüsusi təyyarə, İstanbul boğazında Kanlıca səmtində 2, Kandillidə 1 imarət, xeyli sayda evləri və kərpic zavodu var.




Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 1-12-2017, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma