Xəbər lenti

 

 

"Trampın bu qərarı ABŞ-ın vasitəçilik missiyasını tərk etməsinə bərabərdir".

Ovqat.com xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının sədri Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirərkən belə deyib.

Onun fikrincə, bu qərar  İsraili mükafatlandırmaq və həm ərəb, həm də yəhudi tərəfindəki ekstrimist qüvvələrə kömək etmək deməkdir: “Çünki onlar dini müharibə etmək üçün bəhanə axtarırlar. Bu, beynəlxalq səviyyədə heç vaxt bitməyən müharibələrə gətirib çıxaracaq”.

Müxtəlif maraq dairələrinə bölünmüş Fələstin xalqının bu qərardan sonra bir araya gələcəyinə inanan Mahmud Abbas birgə mübarizə nəticəsində qələbə qazanacaqlarına ümid etdiyini bildirib:

"Bu qərardan sonra dostlarımızla, qardaşlarımızla bir araya gələrək məsləhətləşmələr aparacağıq. Bu qərar, həqiqətən, bizim birləşməyimiz üçün stimul rolu oynayacaq. Bundan sonra Fələstin xalqının parçalanmasına dərhal son qoyulacaq, silahlı qüvvələrimiz vahid mərkəzi komandanlıqda birləşəcək və zəfər qazanacaq”.

Mahmud Abbas bütün fələstinli fraksiyaları birləşməyə, atılacaq addımları birgə müzakirə edib vahid qərarlar verməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 1 914          Tarix: 7-12-2017, 02:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma