Xəbər lenti

ABŞ prezidenti Donald Trampın mayın 23-də Fələstin dövlətinin başçısı Mahmud Abbasla İordan çayının Qərb zolağında yerləşən Beytüllahim şəhərində keçirilən görüşü başa çatıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, dövlət başçılarının birinci görüşü Ağ evdə olub.

Mahmud Abbas bildirib ki, D.Trampın hakimiyyətə gəlişi ilə “iki xalq üçün iki dövlət” prinsipi əsasında bölgədə sülhün yaranacağına, İsrailin 1967-ci il sərhədlərinə çəkilməsi ilə bütün problemlərin ədalətli həllinə ümidi artırıb.

Donald Tramp isə qeyd edib ki, M.Abbas ona tərəflərin sülhə nail olmasına yardım edəcəyini vəd edib: “Mən uzunmüddətli sülh əldə edilməsi üçün səy göstərmək niyyətindəyəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 23-05-2017, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma