Xəbər lenti

 

 

İslama görə vətəni satmaq günah deyilmiş.

Ovqat.com xəbər verir ki, FETÖ-çülükdə günahlandırıldığı üçün ABŞ-ın Virciniya ştatına sığınan Əmrullah Uslu adlı Türkiyənin sabiq polis məmurunun bu gün sosial şəbəkələrdə paylaşdığı statusdan belə çıxır:

Məhşərdə heç kimdən “niyə vətənini satdın?”-deyə, soruşmayacaqlarına inanan Uslu yazır:

 

”"Vətəninizi satın” demirəm, amma məhşərdə “qulum niyə ya vətənini satdın?” deyə soruşan olmayacaq. Çünki suallar Qurandan çıxacaq və Quranda isə "vətən satmaq” anlayışı yoxdur. Küfr etməyin günah olduğu doğrudur, amma Allaha inanırsınızsa, onun dediyini edin, xoşunuza gəlməsə də"

Uslu daha sonra paylaşdığı başqa statusunda fikirlərini bu cür əsaslandırır: “İmanın şərtləri məlumdur, qızım.

 

1-Allaha iman,

2- Mələklərə iman,

3- Kitablara iman,

4- Peyğəmbərlərə iman,

5- Axirət həyatına iman,

6- Taleyin, xeyrin və şərin Allahdan gəldiyinə iman

Vətən sevgisi bunlardan hansına daxildir?”  




Ana səhifəyə qayıt        Baxış: 1 972          Tarix: 16-12-2017, 00:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma