Xəbər lenti

  

“Spacex” şirkətinin “Falcon 9” raketiylə kosmosa göndərməyi planlaşdırdığı kəşfiyyat peyki atıldıqdan qısa müddət sonra partlayıb.

 Ovqat.com xəbər verir ki, NBC telekanalı bu məlumatı yayıb.

 Məlumata görə, ötən bazar günü Floridadan havalanan gizli kəşfiyyat peykinin orbitə çatmasının səbəbi raketdən ayrılmasında yaşanan uğursuzluqla bağlıdır. Peyk texniki uğursuzluq nəticəsində hissələrə ayrılıb və dənizə düşüb.

Kimliyini açıqlamayan bir ABŞ yetkilisi peyk layihəsinin tamamilə məhv olduğunu açıqlayıb.

Peyk üçün nə qədər xərc çəkildiyi tam açıqlanmasa da, onun multimilyard dollar dəyərində olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 9-01-2018, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma