Xəbər lenti

 

Hindistanın kosmosa göndərdiyi ən böyük raket olan “GSLV Mark III” selfilər çəkərək dünyaya göndərir. Raketdən göndərilən selfilər ölkədə bir əyləncəyə çevrilib.

640 tonluq "canavar raket"in çəkdiyi və içində raketin də olduğu görüntülər Hindistan Kosmos Araşdırma Təşkilatı tərəfindən yayılıb. Bundan sonra fotolar internetdə dəfələrlə paylaşılıb.

GSLV Mark III raketi 200 fil ağırlığındadır. Raketin müstəqil şəkildə şəkil çəkərək dünyaya göndərməsi Hindistanın ağır peykləri buraxmaq üçün Avropaya ehtiyacının azalması mənasını verir.

Bu raket 3 tondan çox yük daşıya bilir. Qeyd edək ki, Mars Orbiter peyki da ictimai mediada olduqca aktivdir. Peyk özünün xüsusi Tvitter hesabı üzərindən tez-tez Marsın fotoşəkillərini paylaşır.
Gülxar




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 8-06-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma