Vergilər naziri Fazil Məmmədovun gözlənilmədən istefaya göndərilməsi digər nazirliklərdə də gərginlik yaratmağa başlayıb. Artıq əksər ekspertlər də hesab edir ki, nazirliklərdə islahatların aparılması qaçılmazdır və bu islahatlar bir çox nazirlərin çıxdaş olması ilə nəticələnəcək. Hazırda bu mövzuda Dövlət Gömrük Komitəsinin adı daha çox hallanır.
10may. az saytına daxil olan məlumata görə bu heç də təsadüf deyil. Aydın Əliyevin sıradan çıxarılması üçün Vüsal Novruzov gündəmə gətiriləcək. Belə ki, son zamanlar komitə sədri , gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəqibləri kifayət qədər aktivləşiblər və nazirin cəmiyyətdə tam nüfuzdan salınması üçün konkret addımlar atılır.
10may.az saytı xəbər verir ki, hazırda Aydın Əliyevin vurulması üçün onun yaxın ətrafı hədəfə alınıb. Plana uyğun olaraq ilk növbədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov hədəfə alınacaq. Əsas iddia isə Bakı Baş Gömrük İdarəsində “qanunsuzluqların” artması olacaq. Bununla bağlı bir zamanlar adı çəkilən təşkilatda işləyən, sonralar isə hansısa səbəbdən tutduqları vəzifədən kənarlaşdırılan yüksək rütbəli keçmiş gömürükçülərdən istifadə olunacaq. 10may.az saytına daxil olan məlumata görə hazırda gömürük brokerlərinin fəaliyyəti haqqında planlı informasiyalar hazırlanır və mətbu orqanlarda bununla bağlı silsilə yazılar dərc olunacaq. Mənbə bildirir ki, məhz Vüsal Novruzova zərbə vurulandan sonra Aydın Əliyev mövzusu gündəmə gətiriləcək. Bu işdə sözsüz ki, bəzi iş adamlarından da istifadə olunacaq.
10may.az
Paylaş: