Bu gün - yanvarın 29-dan başlayaraq İranın “İran AIR” şirkəti Tehran-Bakı reyslərini bərpa edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən “Aysan Pərvaz” turizm şirkətinin İdarə Heyətinin sədri Möhsün Dəsmalçı bildirib ki, şirkət Bakıya turist axınını nəzərə alaraq reyslərin sayını artırmaq qərarına gəlib. Onun sözlərinə görə əldə olunan razılaşmaya əsasən “İran AIR” şirkəti həftənin 1-ci və 4-cü günləri Tehran-Bakı reyslərini həyata keçirəcək. Hazırda İranın “Mahan AIR” aviaşirkəti həftənin 3, 5 və 6-cı günləri Tehran-Bakı reyslərini həyata keçirir.
M.Dəsmalçı nəzərə çatdırıb ki, “Qeşm AIR” aviaşirkəti ilə də Azərbaycana reyslər təşkil ediləcək. “Qeşm AIR” ilə əldə edilən razılaşmaya əsasən reyslər yalnız Tehrandan Bakıya deyil, həmçinin İsfahan, Şiraz, Təbriz, Urmiyadan da Bakıya uçuşlar həyata keçiriləcək.
Paylaş: