Ölkənin ən ağır vəziyyətin hökm sürdüyü rayonlarından biri də Gəncədir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hər gün müxtəlif mətbu orqanlarla xeyli sayda şikayətlər ünvanlanır. Məhkəmələrə, ölkə başçısına göndərilən müraciətlərin də, yəqin, sayı-hesabı yoxdur. Di gəl ki, bu şəhərdə heç bir şikayət icra başçısı Elmar Vəliyevin, türklər demiş, umrunda belə deyil.
Turaneli.Tv-nin şikayətini ekranlara daşıdığı Gəncə sakini Eldar Aslanov da səsi eşidilməyənlərdəndir. Özünün dediyinə görə, şəhərdə döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb. Ölkə rəhbərliyinə də çoxsaylı müraciətlər göndərib. Amma heç bir şikayət Elmar Vəliyevi inadından döndərmək qüdrətində deyil.
Nəzərə alsaq ki, hazırda seçki peosesidir və regionlarda narazı salınanlar da bu ölkənin seçiciləridir, Elmar Vəliyevin ictimai rəyə barmaqarası baxması vətəndaşlar qədər, namizədliyi yenidən irəli sürülən ölkə başçısının da maraqlarına cavab vermir. Üstəlik, prezident İlham Əliyev müxtəlif müşavirələrdə məmurlara barmaq silkələyib insanları hakimiyyətdən incik salmamağı tapşırıb. Bu tapşırıq belə, Gəncəyə gəlib çatmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) paytaxtı olan bu şəhərdə “cümhuriyyət ili”də belə, ən adi problemlər həll edilmədən saxlanılır və xalqin iradəsi heçə sayılır.
Bəs, Elmar Vəliyev öz cəsarətini hardan alır?
Bu suallara cavab vermək müvafiq orqanların işidir. Bizim işimiz isə vətəndaşların şikayətlərini ictimailəşdirmək, ölkə rəhbərliyini regionlardakı vəziyyətdən hali etməkdir. Buyurun, Gəncədən redaksiyamıza göndərilən vətəndaş gileyinin yer aldığı video-çarxı Ovqat.com oxucularına təqdim edirik:
Paylaş: