Xəbər lenti

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov siyasi hakimiyyətin qəzəbinə gəlib.

Bu günlərdə əldə etdiyimizm özəl məlumata görə, Əli Həsənovun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri kimi gördüyü bütün işlər araşdırılır. Xüsusi ilə qaçqın və məcburi köçkünlərə verilən evlərin paylanılması prosesində yol verilən korrupsiya faktları yoxlanılır. Əli Həsənovun gələcək taleyinin aparılan yoxlamaların nəticəsində məlum olacağı məlumatda əksini tapıb.

Etibarlı mənbənin sözlərinə görə, Əli Həsənov hakimiyyətin yüksək dairələrində ona bəslənən etimadı itirib. Belə ki, hökümətin böyük büdcə vəsaitləri hesabına qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərə baxmayaraq bu sahədə əsaslı dönüş əldə etmək mümkün olmayıb. Və hazırda hökümətdən daha çox qaçqın və məcburi köçkünlərin narazı olması Əli Həsənovun karyerasını sual altında qoyub.

Mənbənin sözlərinə görə, hakimiyyət daxilində Əli Həsənovun vurulması prosesini tezləşdirmək istəyən şəxslər də az deyil.

Ötən ilin ortalarında nəvəsi Nail Allahverdiyevin məlum qəzasından sonra mövqelərini qoruyub saxlaya bilən Əli Həsənovun qaçqın və məcburi köçkünlər arasında nüfuzu da çox aşağıdır. Çünki Ermənistanın isğalçı siyasəti nəticəsində doğma evlərindən didərgin düşmüş insanlar Əli Həsənovun ermənilərlə qohum olmasından daha çox qıcıqlanırlar. Bu qəbildən olan xəbərlər hər dəfə mediada tirajlananda Əli Həsənovun fonunda siyasi hakimiyyətin bir milyona yaxın vətəndaş arasında nüfuzuna xələl gəlir.  Ona görə də hakimiyyətin mənfi reputasiyaya malik məmurlarla vidalaşması başa düşüləndir və  Prezident seçkisindən sonra yeni formalaşdırılacaq hökümət komandasında Əli Həsənovun yer almayacağı ehtimalı böyükdür.

Qeyd edək ki, Əli Həsənov baş nazirin müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olmaqla yanaşı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifələrini də icra edir.(tendensiya.com)




Ana səhifəyə qayıt        Baxış: 1 105          Tarix: 24-02-2018, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma