Xəbər lenti

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib. Belə ki, işçi qrupu müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq. 

 

Hazırda dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması və bununla onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılması, kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələrinə nail olunması da qarşıda duran vəzifələrdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 1 018          Tarix: 4-05-2018, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma