Xəbər lenti

 

Ermənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters”in araşdırmasında deyilir.

“Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları məlum deyil”-diplomatik mənbələr bildirib.

Bununla belə qeyd olunub ki, həmin təmaslar zamanı Moskva Sərkisyanın nümayişçilərə qarşı gücdən istifadə planlarını dəstəkləməyib.

Həmin ərəfədə Nikol Paşinyan da Moskvadan zənglər alıb. “Ona çatdırıblar ki, etirazlar zamanı erməni simvolikalarından başqa hər hansı simvolikalar istifadə edilməsin. Bu, Ermənistandakı etirazların Gürcüstan və Ukraynadakı etirazlardan fərqli olduğunu göstərmək üçün lazım idi”-agentlik yazır.

Məqalədə deyilir ki, Kremldən zənglər inqilabın nəticəsi baxımından həlledici olmayıb, bu zənglər ancaq nümayişçilərin təzyiqlərinə görə edilib.

Paşinyana yaxın biznesmen və etirazların liderlərindən biri Armen Qriqoryan deyiblər ki, nümayişlər zamanı Nikol Paşinyan özü də Rusiya səfirliyi ilə və Moskvadan XİN-in rəsmi nümayəndəsi ilə təmas qurub. “Biz onlarla işləyirdik. Paşinyan onları əmin etdi ki, baş verənlər Rusiyanın maraqlarına təhlükə yaratmayacaq”-Qriqoryan deyib.

İstefadan əvvəl Serj Sərkisyan vəzifəli şəxslərlə və yaxın tərəfdaşları ilə intensiv müzakirələr də aparıb. Vitse-spiker Eduard Şarmazanov deyib ki, iki variant müzakirə olunurdu-fövqəladə vəziyyət tətbiq etmək və Sərkisyanın istefası. “Qərara alındı ki, fövqəladə vəziyyət problemi həll etməyəcək, təxirə salacaq. Ona görə də istefa variantı seçildi”-o deyib.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 708          Tarix: 10-05-2018, 22:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma