Xəbər lenti

“Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır: “Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə xeyri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 24-04-2018, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma