Xəbər lenti
Dünən, 15:52

 

"Türkiyənin idxal vergilərini artırması üzücüdür. Yanlış istiqamətdə atılmış bir addımdır”.

Ovqat.com xəbər verir ki, Ağ evin sözçüsü Sarah Sanders Türkiyənin bəzi Amerika mallarına gömrük vergilərini artımasını şərh edərkən belə deyib.

Xanım diplomatın fikrincə, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar milli təhlükəsizlik qayğılarından irəli gəlir, Ankara isə onlara yanlış metodlarla cavab verir.

Sarah Sanders keşiş Brunsonun tam azadlığa buraxılmasından sonra da Türk mallarına gətirilmiş əlavə vergiləri ləğv etməyəcəklərini etiraf edib:

“Keşiş Brunsonin buraxılması halında belə, Türkiyəyə tətbiq olunan əlavə idxal vergiləri ortadan qalxmayacaq. Bunlar iki ayrı məsələdir. Brunson sərbəst buraxılarsa, Türk rəsmilərinə tətbiq olunan sanksiyaları qaldırmağı düşünürük".




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 16-08-2018, 07:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma