"Terror fəaliyyətini dəstəkləmək və ballistik raket proqramını inkişaf etdirmək kimi qəbulu mümkün olmayan davranışların həzm ediləməz olduğunu anlaması üçün İrana qarşı sanksiyaların tətbiqinə davam edəcəyik. Dünya ictimaiyyətini İrana qarşı hərəkətə keçirmək üçün cəsarətləndirəcəyik".
Ovqat.com xəbər verir ki, ABŞ xarici işlər naziri Reks Tillerson Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təşkil edilən mətbuat konfransında belə deyib.
ABŞ-Ərəb və İslam ölkələri sammiti çərçivəsində Səudiyyəli həmkarı Adil əl-Cübeyrlə birgə keçirdikləri mətbuat konfransında Tillerson İranın Yəmən, İraq, Suriya ölkələri və Livanda Hizbullahı dəstəkləməsini də bərk tənqid edib.
O, İranın yaxşı qonşu olana və terrorizmi maliyyələşdirməyi kəsməyə niyyətli olduğunu göstərənə qədər bu cür sammitlərdə iştirak edə bilməyəcəyini də vurğulayıb.
İrandakı prezident seçkisinə də toxunan Tillerson bu ölkədə yeni bir dövrün başladığına eyham vurub.
Paylaş: