Xəbər lenti

 ABŞ-ın dövlət katibi Reks Tillerson İranın yenidən seçilmiş prezidenti Həsən Ruhaninin  “terrorçuluğun maliyyələşdirilməsinə” və ballistik raketlərin sınaqdan keçirilməsinə son qoyacağına ümidvar olduğunu bildirib.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, bunu R.Tillerson Ər Riyadda  Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Mən ümid edirəm ki, Ruhani yeni prezidentlik dövründə İranın yaratdığı terror şəbəkəsini dağıdacaq və bu şəbəkənin maliyyələşdirilməsinə son qoyacaq... Biz həmçinin ümid edirik ki, o ballistik raketlərin sınaqdan keçirilməsi proqramına son qoyacaq”, - deyə R.Tillerson qeyd edib.     

 Qeyd edək ki, ABŞ ballistik raketləri sınaqdan keçirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. ABŞ həmçinin İranı  Livanın “Hizbullah” hərəkatını, Yəməndəki üsyançı husiləri və Suriyada hökumət qüvvələrini dəstəkləməklə bölgədə sabitliyi pozmaqda ittiham edir.  




Ana səhifəyə qayıt        Baxış: 879          Tarix: 20-05-2017, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma