Xəbər lenti

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Səfərovun məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, daha əvvəl barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş M.Səfərovla bağlı məhkəməyə məcburi gətirilmə qərarı çıxarışlmışdı. Lakin qərar icra edilməyib və M.Səfərov da məhkəmə iclasına gəlməyib.

Daha sonra məhkəmə onun barəsində həbsli axtarış qərarı çıxarıb.

Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. O, 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. \\report 




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 29-10-2018, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma