Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bünyad Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Ovqat.com report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında B.Ağayevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini, onun barəsdinə seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalında həbs edilməsini istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən B.Ağayev tanışı Coşqun Tağıyevlə mübahisə edib. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman B.Ağayev yerdən götürdüyü daşla C.Tağıyevi vurub. Nəticədə daş C.Tağıyevin sol gözünü tamamilə dağıdıb və o, görmə qabiliyyətini itirib.
Hadisədən sonra saxlanılan B.Ağayevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, Cinahət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Paylaş: